Pages

Təlim: Təhsil Müəssisələrində Müasir Xidmət Anlayışı

Tarix: 11 Fevral, Ünvan: Fabrika Coworking Center - Nizami küçəsi 92.

Fərhad Mikayılov: “Savadsız insanı istismar etmək daha asandır”

"Təhsil" Cəmiyyətinin eksperti Fərhad Mikayılovun Zaman qəzetinə müsahibəsi.

Bəxtiyar Vahabzadə təqaüdü təsis edilib.

Nazirlər Kabinetinin 7 dekabr 2009-cu il tarixli qərarı ilə xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi haqqında Prezidentin sərəncamını təmin etmək məqsədilə dövlət ali təhsil müəssisələrində filologiya ixtisası üzrə təhsil alan tələbələr üçün "Bəxtiyar Vahabzadə adına" 4 (dörd) təqaüd təsis edilib.

Şura Maliyyə Hesabatlarında dəyişiklik etdi!

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinə ünvanladığı 02 mart 2012-ci il tarixli 10/03-72-1175 nömrəli məktubunda aşağıdakıların QHT-lərin nəzərinə çatdırılmasının vacibliyi vurğulanı

Şurada təhsillə bağlı layihələrin icrası müzakirə edildi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ilin birinci yarısında ayrı-ayrı istiqamətlər üzrə maliyyələşdirdiyi layihələrin icra vəziyyəti ilə bağlı müzakirələri davam etdirir.

4 Mart 2012 Pazar

Bəxtiyar Vahabzadə təqaüdü


Modern.az saytının məlumatına görə, Azərbaycanın bəzi ali məktəblərində təhsil alan bir qrup tələbəyə "Bəxtiyar Vahabzadə adına" təqaüd verilir.

Qeyd edək ki, Nazirlər Kabinetinin 7 dekabr 2009-cu il tarixli qərarı ilə  xalq şairi Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi haqqında Prezidentin sərəncamını təmin etmək məqsədilə dövlət ali təhsil müəssisələrində filologiya ixtisası üzrə təhsil alan tələbələr üçün "Bəxtiyar Vahabzadə adına" 4 (dörd) təqaüd təsis edilib.
Həmin qərarın icrasını təmin etmək məqsədilə təhsil naziri Misir Mərdanov da 27 dekabr 2009-cu il tarixində əmr imzalayıb.
Bu barədə Modern.az saytına açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə məlumat verib. O qeyd edib ki, nazirin sözügedən əmrində ölkənin 4 ali məktəbinin filologiya fakültəsində təhsil alan tələbələrə təqaüd verilməsi göstərilib.
“Bunlar Bakı Dövlət Universiteti, Azərbaycan Pedoqoji Universiteti, Naxçıvan Dövlət Universiteti və Gəncə Dövlət Universitetidir. Bu universitetlərin filologiya fakültəsində təhsil alan və ali məktəb rəhbərliyinin seçdiyi tələbələrə "Bəxtiyar Vahabzadə adına" təqaüd verilir”.
B.Hüseynzadənin sözlərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən, bu dörd universitetin hər birindən yalnız 1 tələbəyə “Bəxtiyar Vahabzadə adına” təqaüd verilir və nazirin əmri ilə bu işin icra olunması həmin ali məktəblərin rəhbərlərinə tapşırılıb. Nazirlik rəsmisi təaqüdün hər il verildiyini qeyd edib.

“Təqaüdün məbləği əvvəllər 100 manat idi, 27 dekabr 2011-ci ildən sonra isə 110 manat olub”.
Modern.az saytının məlumatına görə, tədris ilinin hər bir semestri üçün tələbələrə "Bəxtiyar Vahabzadə adına" təqaüdün verilməsi haqqında qərar onların təhsildəki göstəricilərinə uyğun olaraq ali təhsil müəssisəsinin təqdimatı əsasında  Təhsil Nazirliyi tərəfindən qəbul edilir.
Təqaüdün verilməsi dövlət büdcəsində müvafiq ali təhsil müəssisəsi üzrə nəzərdə tutulmuş təhsil xərcləri hesabına həyata keçirilir.

Aytən ƏLİYEVA

“Təhsil kreditləri haqqında” qanun layihəsinin təqdimatı keçirilib

Bakı. Rəşad Süleymanov – APA. Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda əvvəlcə “Təhsil kreditləri haqqında” qanun layihəsinin təqdimatı keçirilib.

Komitə sədri Ziyad Səmədzadə deyib ki, bu qanun layihəsinin meydana çıxması dövrün tələbidir. O bildirib ki, dünyanın əksər ölkələrində təhsil kreditlərinin verilməsi təcrübəsi mövcuddur: “Azərbaycanda bu mexanizm necə olmalıdır? Bunun bank sektoruna, təhsil sektoruna necə təsir göstərəcəyini öyrənmək lazımdır. Ona görə də qanun layihəsi rəyləri öyrənilmək üçün Mərkəzi Banka, Təhsil Nazirliyinə və İqtisadi İnkişaf Nazirliyinə göndərilib”.

Komitə sədri qanun layihəsinin millət vəkilləri Vahid Əhmədov və Əli Məsimli tərəfindən hazırlanaraq parlamentə təqdim olunduğunu vurğulayıb.

Daha sonra qanun layihəsinin müəlliflərindən olan Əli Məsimli “Təhsil kreditləri haqqında” qanun layihəsinin təqdimatını keçirib. Ə. Məsimli qeyd edib ki, müvafiq qurumların rəyləri qanun layihəsinin təkmilləşdirilməsində nəzərə alınacaq.

Millət vəkili bəyan edib ki, qanun layihəsi hazırlanarkən inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilib. Hesablamalar və təhlillər aparılıb. Qanun layihəsində təhsil kreditlərinin verilmə qaydaları, şərtləri, müddəti və s. məsələlər yer alır. Ə. Məsimlinin sözlərinə görə, aparılan hesablamalara əsasən təhsil kreditlərinin verilməsi üçün 15 milyon manat vəsait tələb olunur. Bu isə təhsil xərclərinin çox cüzi hissəsini təşkil edir.

İclasda həmçinin 2011-ci il payız sessiyasının yekunu və 2012-ci il yaz sessiyasında İqtisadi siyasət komitəsinin qanunvericilik işləri planı barədə məlumat verilib.

Sonda İqtisadi siyasət komitəsinin qanunvericilik işlər planı təsdiqlənib.
 


Keçid >>

23 Ocak 2012 Pazartesi

Gənclərin qeyri-hökumət təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı müsabiqə

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
           ELAN
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyasının “Gənclərin qeyri-hökumət təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun olaraq hazırlanmış layihələrin qismən maliyyələşdirilməsi haqqında” qərarını və “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci fəslinin 10-cu maddəsini rəhbər tutaraq, Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatları arasında dövlət gənclər siyasətinin aşağıdakı istiqamətləri üzrə layihələrin qəbulunu elan edir. 
- gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi;
- gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği;
- gənclərin məşğulluğunun təmin edilməsi və karyera qurmalarında iştirak;
- gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi;
- gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi;
- gənclər sahəsi üzrə qeyri-formal təhsil metodlarının tətbiq edilməsi;
- gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş;
- gənclər arasında sağlam həyat tərzinin təbliği;
- gənclər üçün sosial və psixoloji xidmətlərin göstərilməsi;
- özəl sektorun gənclərlə bağlı korporativ sosial məsuliyyəti siyasətinin  formalaşdırılmasında iştirak;
- “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının konkret maddələrinin icrası ilə bağlı təkliflər.

14 Ocak 2012 Cumartesi

5 Aralık 2011 Pazartesi

12 Ekim 2011 Çarşamba

"Təhsil" Cəmiyyətinin eksperti Fərhad Mikayılovun Zaman qəzetinə müsahibəsi!


Fərhad Mikayılov: “Savadsız insanı istismar etmək daha asandır”

- Fərhad müəllim, insan kapitalının dünya iqtisadiyyatının inkişafındakı rolunu necə qiymətləndirmək olar?

- İnsan kapitalı cəmiyyətin başlıca məhsuldar qüvvəsidir. Bütün dünyada insanların təhsil almaq imkanlarının genişləndirilməsi insan kapitalının inkişafına səbəb olur ki, bu da yoxsulluğun azaldılmasında həlledici rol oynayır. Yüksək təhsilə malik insan yeni maşın və mexanizmlər ixtira edir, istehsalı səmərələşdirir, elmi kəşflər edir. Digər bir tərəfdən, dünya təcrübəsi iqtisadi artımın əsasən insan kapitalı hesabına formalaşdığını göstərir. Dünya Bankının 192 ölkədə apardığı tədqiqatlar nəticəsində məlum olub ki, planetimizdə iqtisadi artımın 16%-i fiziki kapital, 20%-i təbii resurslar, 64%-i isə insan kapitalı hesabına baş verir. Eyni zamanda zəngin təbii sərvətlərə malik olan ölkələrin bir çoxunda təhsil səviyyəsinin aşağı olması səbəbindən insanlar yoxsulluq səviyyəsində yaşayırlar.