Pages

Təlim: Təhsil Müəssisələrində Müasir Xidmət Anlayışı

Tarix: 11 Fevral, Ünvan: Fabrika Coworking Center - Nizami küçəsi 92.

Fərhad Mikayılov: “Savadsız insanı istismar etmək daha asandır”

"Təhsil" Cəmiyyətinin eksperti Fərhad Mikayılovun Zaman qəzetinə müsahibəsi.

Bəxtiyar Vahabzadə təqaüdü təsis edilib.

Nazirlər Kabinetinin 7 dekabr 2009-cu il tarixli qərarı ilə xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi haqqında Prezidentin sərəncamını təmin etmək məqsədilə dövlət ali təhsil müəssisələrində filologiya ixtisası üzrə təhsil alan tələbələr üçün "Bəxtiyar Vahabzadə adına" 4 (dörd) təqaüd təsis edilib.

Şura Maliyyə Hesabatlarında dəyişiklik etdi!

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinə ünvanladığı 02 mart 2012-ci il tarixli 10/03-72-1175 nömrəli məktubunda aşağıdakıların QHT-lərin nəzərinə çatdırılmasının vacibliyi vurğulanı

Şurada təhsillə bağlı layihələrin icrası müzakirə edildi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ilin birinci yarısında ayrı-ayrı istiqamətlər üzrə maliyyələşdirdiyi layihələrin icra vəziyyəti ilə bağlı müzakirələri davam etdirir.

5 Aralık 2011 Pazartesi

12 Ekim 2011 Çarşamba

"Təhsil" Cəmiyyətinin eksperti Fərhad Mikayılovun Zaman qəzetinə müsahibəsi!


Fərhad Mikayılov: “Savadsız insanı istismar etmək daha asandır”

- Fərhad müəllim, insan kapitalının dünya iqtisadiyyatının inkişafındakı rolunu necə qiymətləndirmək olar?

- İnsan kapitalı cəmiyyətin başlıca məhsuldar qüvvəsidir. Bütün dünyada insanların təhsil almaq imkanlarının genişləndirilməsi insan kapitalının inkişafına səbəb olur ki, bu da yoxsulluğun azaldılmasında həlledici rol oynayır. Yüksək təhsilə malik insan yeni maşın və mexanizmlər ixtira edir, istehsalı səmərələşdirir, elmi kəşflər edir. Digər bir tərəfdən, dünya təcrübəsi iqtisadi artımın əsasən insan kapitalı hesabına formalaşdığını göstərir. Dünya Bankının 192 ölkədə apardığı tədqiqatlar nəticəsində məlum olub ki, planetimizdə iqtisadi artımın 16%-i fiziki kapital, 20%-i təbii resurslar, 64%-i isə insan kapitalı hesabına baş verir. Eyni zamanda zəngin təbii sərvətlərə malik olan ölkələrin bir çoxunda təhsil səviyyəsinin aşağı olması səbəbindən insanlar yoxsulluq səviyyəsində yaşayırlar. 

26 Temmuz 2011 Salı

Təhsil Cəmiyyəti

“Təhsil” Cəmiyyətinin yaranması haqqında qısa məlumat. 
    “Təhsil” Cəmiyyəti 1989-cu il noyabr ayında təsis edilmiş və 1990-cı ilin avqust ayında Respublika Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək rəsmi fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ‘Təhsil” Cəmiyyəti 1993-cü ilin noyabr ayında təkrar qeydiyyatdan keçmişdir. Təşkilat 22 may 1999-cu ildə növbəti qurultayını keçirmişdir. “Təhsil” Cəmiyyəti könüllü-ictimai özünüidarəetmə formasında təşkil olunmuş qeyri-hökumət təşkilatıdır. “Təhsil” Cəmiyyəti ictimai təşkilat olaraq gənc nəslin təlim-tərbiyəsinin səmərəli təşkilində əməyə, zəhmətə olan münasibətinin formalaşmasında, mədəniyyətinin yüksəldilməsində, elmi biliklərə yiyələnməsində başlıca rol oynayır. Cəmiyyət Azərbaycan Respublikası Konstitusiyası, Beynəlxalq qanunlar əsasında və öz nizamnaməsinə müvafiq fəaliyyət göstərir. Cəmiyyətin fəaliyyəti demokratiya, plüralizm, şəxsi təşəbbüs və Cəmiyyətin hər bir üzvünün məsuliyyətli olması prinsipinə əsaslanır.
 Cəmiyyətin məqsəd və vəzifələri Cəmiyyətin əsas məqsədi Respublikada fasiləsiz təhsil sisteminin həyata keçirilməsinə, tədris, təlim və tərbiyənin səviyyəsinin daha da yüksəldilməsinə, kəmiyyət və keyfiyyət dəyişikliklərinə nail olmaqdan ibarətdir. Həmçinin təhsilin bütün pillə və mərhələlərində ona ictimai qayğı və yardım göstərilməsi, təhsil ocaqlarının və məsləhət mərkəzlərinin yaradılması, təlim-tərbiyə verən və təlim alan şəxslərin faydalı iş fəaliyyətinə görə qiymətləndirməsi kimi stimullarla gənc nəslin şəxsiyyətinin formalaşdırılmasına və yüksək peşə hazırlığına kömək göstərməkdən ibarətdir.
Başlıca vəzifələri: -   təhsili müasir tələblər səviyyəsində qurmaq, təlim-tərbiyə işlərinin məzmununu zənginləşdirmək üçün tədris müəssisələrinə, maarif ocaqlarına elmi, metodiki, maddi və texniki kömək göstərmək;
-   respublika və xarici ölkələrin qabaqcıl təlim-tərbiyə təcrübəsini öyrənib ümumiləşdirmək və onun yayılmasında iştirak etmək;
-   dövlət və müvafiq idarə, müəssisələr qarşısında təhsil ilə əlaqədar məsələ qaldırmaq, onun səmərəli həllini tələb etmək, təhsil sisteminin işinə kömək və nəzarət etmək:
-   ehtiyacı olan, istedadına görə fərqlənən şagird, tələbə və müəllimlərə, qabaqcıl pedaqoji kollektivlərə və tədqiqatçılara maddi yardım yaxud mükafat vermək;
-tədris üçün keyfiyyətli dərsliklər, dərs vəsaitləri yazmağa və tərcümə etməyə. təlimin texniki vasitələrlə öyrənilməsinə, kompüter texnikasının, informasiya vasitələrinin tətbiqinə səy göstərənlərə şərait yaratmaq, yardım etmək və mükafatlandırmaq;
-  xarici ölkələrin təhsil müəssisələri ilə əlaqə yaratmaq. xarici ölkələrdə Azərbaycanı hərtərəfli təbliğ edən mərkəzlər, təhsil müəssisələri və ya onların filiallarını yaratmaq, mübadilə yolu ilə mütəxəssislər hazırlamaq, konfranslar, seminarlar, simpoziumlar, müsabiqələr, lotereyalar, auksionlar və s. təşkil etmək.
Fəaliyyət istiqamətləri:  Azərbaycanda fasiləsiz təhsil sisteminin həyata keçirilməsinə yardımçı olmaq;
-  fasiləsiz təhsilin bütün pillələrinin qurulması və inkişafında dövlət strukturları ilə yanaşı, ictimai təşkilatların da rolunun artırılmasına kömək etmək;
-  cəmiyyətdəki yeniləşməni, sosial-iqtisadi inkişafı və elmi-texniki tərəqqini təhsilin yeni məzmun və keyfiyyət dəyişikliyinə yönəltmək;
-   təhsilin bütün sahələrinin müasir səviyyədə təşkili, qurulması və idarə olunmasından səmərə verən ictimai qurumun yaradılması.
Görülmüş işlər: 1. “Təhsil” Cəmiyyəti elm və təhsil problemlərinə həsr olunmuş 18 görkəmli elm və maarif xadimlərinin həyat və yaradıcılığına həsr olunmuş 14 konfrans, dəyirmi masa və seminar keçirmişdir; "Təhsil,, Cəmiyyəti "Sona xanım Tağıyeva”, “Abuzər Ağayev” və “Əkrəm Əsgərov” adına diplomlar təsis etmiş və 1995-ci ildən başlayaraq 2006-cı ilədək hər il bu diplomlar müvafiq olaraq Bakıdakı 190 saylı,Neftçala rayonu Qırmızıkənd kənd və Gəncə şəhəri 4 saylı orta məktəbinin əlaçı məzunlarına təntənəli surətdə təqdim edilmişdir.
2. “Təhsil” Cəmiyyəti 1994-cü ildən Təhsil üzrə nailiyyətlərə görə mükafatlar təsis etmişdir. Texnika, təbiət, humanitar və təbabət elmləri üzrə 4 nominasiyada müəyyən edilmiş qaliblərə 1994-cü ildə cəmiyyətin diplomu təqdim edilmişdir. 1999-cü ildən başlayaraq 2006-cı ilədək müsabiqə hər il müntəzəm keçirilmişdir.
3. “Təhsil Cəmiyyəti 2000-ci ilin yanvarından 2006-cı ilədək  “Təhsil, mədəniyyət, incəsənət”, “Fizika, riyaziyyat, yer elmləri”, “Kimya, biologiya və tibb”, “Sosial bilgilər” və ”Texnika” adlı 5 seriyalı “Bilgi” dərgisini dərc etmişdir.
4. “Təhsil” Cəmiyyətinin nəzdində 1995- ci ildən 2006-cı ilədək “İnterpretasia” hüquq Mərkəzi fəaliyyət göstərmişdir.
5.  “Təhsil” Cəmiyyətinin “Söz-sözə” yazarlar klubu 1999-cu ildən 2006-cı ilədək fəaliyyət göstərmişdir.
-  6.“Təhsil” Cəmiyyətinin mətbu orqanı olan “Təhsil” qəzeti 1992-ci ildən 2006-cı ilədək davamlı nəşr olunmuşdur.
Nəşrlər:-  “Texniki lüğətçilik tariximizdən”
-  “Söz çələngi" almanaxı”
-  “Sona xanımTağıyeva”
-  “Borçalı toponimləri”
-  “M.P.Vaqif və Gürcüstan”
-  “Addımlar" poeziya toplusu
-  “Söz-sözə” poeziya mərkəzi
Qeyd: Azərbaycan Respublikasının “Təhsil” Cəmiyyəti  2006-cı ilin sonuna qədər davamlı fəaliyyət göstərmişdir...
Əliyev Nuğay Xasay oğlu, t.e.n.. dosent;  “Təhsil” Cəmiyyəti İdarə Heyətinin sədri (1989-cu ildən bu günədək).
Tel: +994 50 662 47 54
       +994 50 359 41 15


email: tahsil.az@gmail.com




Keçid: http://az.wikipedia.org/wiki/T%C9%99hsil_C%C9%99miyy%C9%99ti

23 Haziran 2011 Perşembe

Şurada təhsillə bağlı layihələrin icrası müzakirə edildi


Şurada təhsillə bağlı layihələrin icrası müzakirə edildi
23 Iyun 2011
Image
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ilin birinci yarısında ayrı-ayrı istiqamətlər üzrə maliyyələşdirdiyi layihələrin icra vəziyyəti ilə bağlı müzakirələri davam etdirir.

Bu gün təhsil məsələlərinə dair təşəbbüslər istiqamətlərində maliyyələşdirilmiş layihələrin icra vəziyyəti müzakirə edildi. Qhtxeber.az-ın verdiyi məlumata görə, QHT və layihə rəhbərləri, eləcə də media təmsilçilərinin iştirakı ilə keçən tədbiri Şuranın icraçı direktoru Fərasət Qurbanov açaraq bildirdi ki, təhsillə bağlı layihələr daim Şuranın maliyyələşdirdiyi prioritet istiqamətlər arasında olub. F.Qurbanov layihələrin icrasında qazanılmış uğurlu nəticələri qeyd etdi və yol verilmiş nöqsanlara münasibət bildirdi. Nöqsanların aradan qaldırılması üçün layihə və QHT rəhbərləri təlimatlandırıldı.

Layihələrin icrasına nəzarəti həyata keçirmiş Şura əməkdaşı N.Ağakişiyevanın verdiyi məlumatda qeyd edildi ki, 2011-ci ilin birinci yarısında təhsil məsələlərinə dair QHT təşəbbüsləri üzrə maliyyələşdirilmiş 30 layihəyə 189.000 manat vəsait ayrılmışdır. N.Ağakişiyeva bildirdi ki, bu layihələr ölkənin 18 rayon və şəhərini əhatə edib, onların icrasında əməkhaqqı alan 79 nəfər iştirak edib.

Layihələr çərçivəsində 6 QHT təhsilə aid müxtəlif kitab, broşur və buklet çap edərək yayıb, 10 QHT təlimlər və seminarlar təşkil edib, 5 QHT monitorinq və sorğular keçirib, 5 QHT kurslar yaradıb, 2 QHT debat və forum təşkil edib, 1 QHT video-treninq planını reallaşdırıb və sair.
Bütün bu tədbirlərin təhsilin inkişafına müsbət təsirlər göstərdiyi vurğulandı və layihələrin icrası üçün bir sıra xarakterik məqamlar təhlil edilərək qiymətləndirildi.

Müzakirələrdə çıxış edən QHT və layihə rəhbərləri E.Aslanov, E.Rəhimova, F.Məmmədov, N.Əliyev, V.Əhmədov, L.Cavadzadə, S. Mehdizadə, L.Kərimova, M,Züynalova, E.Salmanov, M.Zülfüqarlı, E.Əliyev və başqaları layihələrin icrası ilə bağlı öz fikir və təkliflərini bildirdilər.

İnsan hüquqları və demokratiya istiqaməti üzrə maliyyələşdirilmiş layihələrin icra vəziyyətilə bağlı müzakirələr 24 iyun 2011-ci ildə keçiriləcəkdir.

Keçid >>>

5 Ocak 2011 Çarşamba

“Təbii resurslarla zəngin olan ölkələrdə insan kapitalının inkişafı problemləri: dünya təcrübəsi və Azərbaycan” layihəsi çərçivəsində “dəyirmi masa” keçirilmişdir


“Təbii resurslarla zəngin olan ölkələrdə insan kapitalının inkişafı problemləri: dünya təcrübəsi və Azərbaycan” layihəsi çərçivəsində “dəyirmi masa” keçirilmişdir
Bakı, 2 iyun (AzərTAc). İyunun 2-də “Təbii resurslarla zəngin olan ölkələrdə insan kapitalının inkişafı problemləri: dünya təcrübəsi və Azərbaycan” layihəsi çərçivəsində “dəyirmi masa” keçirilmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırılan layihənin məqsədi insan kapitalının inkişafı problemləri sahəsində dünya təcrübəsini araşdırmaq, Azərbaycanda insan kapitalının inkişafı sahəsində mövcud olan çatışmazlıqları müəyyənləşdirməkdən ibarətdir.

3 Ocak 2011 Pazartesi

dvv international | Təhsil Cəmiyyətində İnternet səhifəsinin yaradılması - LAYİHƏ

dvv international | Təhsil Cəmiyyətində İnternet səhifəsinin yaradılması
Təhsil Cəmiyyətində İnternet səhifəsinin yaradılması

İcraçı təşkilat:

Azərbaycan Respublikasının Təhsil Cəmiyyəti.

Layihənin müddəti:

01.07.2004 -15.08.2004

Əsas tədbirlər:

  • Təhsil Cəmiyyətinin İnternet səhifəsinin yaradılması məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsi

Layihənin əsas nəticələri:

  • Təhsil Cəmiyyətinin İnternet saytı yaradılmışdır www.tahsil.org;
  • Təhsil Cəmiyyəti İnternet səhifəsinin köməyi ilə daha geniş ictimai dairələri əhatə edə bilər;
  • Bir çox sayda insan Təhsil Cəmiyyətinin fəaliyyəti ilə tanış olmaq imkanı əldə edə bilər.