Pages

Təlim: Təhsil Müəssisələrində Müasir Xidmət Anlayışı

Tarix: 11 Fevral, Ünvan: Fabrika Coworking Center - Nizami küçəsi 92.

Fərhad Mikayılov: “Savadsız insanı istismar etmək daha asandır”

"Təhsil" Cəmiyyətinin eksperti Fərhad Mikayılovun Zaman qəzetinə müsahibəsi.

Bəxtiyar Vahabzadə təqaüdü təsis edilib.

Nazirlər Kabinetinin 7 dekabr 2009-cu il tarixli qərarı ilə xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi haqqında Prezidentin sərəncamını təmin etmək məqsədilə dövlət ali təhsil müəssisələrində filologiya ixtisası üzrə təhsil alan tələbələr üçün "Bəxtiyar Vahabzadə adına" 4 (dörd) təqaüd təsis edilib.

Şura Maliyyə Hesabatlarında dəyişiklik etdi!

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinə ünvanladığı 02 mart 2012-ci il tarixli 10/03-72-1175 nömrəli məktubunda aşağıdakıların QHT-lərin nəzərinə çatdırılmasının vacibliyi vurğulanı

Şurada təhsillə bağlı layihələrin icrası müzakirə edildi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ilin birinci yarısında ayrı-ayrı istiqamətlər üzrə maliyyələşdirdiyi layihələrin icra vəziyyəti ilə bağlı müzakirələri davam etdirir.

4 Şubat 2014 Salı

"Təhsil" Cəmiyyətinin sədri - Nuğay Xasay oğlu Əliyev

Nuğay Xasay oğlu Əliyev-Azərbaycan Respublikası “Təhsil” Cəmiyyəti İdarə Heyətinin sədri, Azərbaycan Texniki Universitetinin (AzTU) “Elektrotexnikanın nəzəri əsasları” kafedrasının dosenti.
14 sentyabr 1947-ci ildə Şuşa şəhərində anadan olub.
1965-ci ildə Şuşa şəhərindəki Y.Hacıbəyov adına 1 №-li orta məktəbi bitirib.  1972-ci ildə Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakultəsini bitirib.
 1969-1972-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunda işləyib.
1974-1977-ci illərdə Sumqayıt Elmi-Tədqiqat Neft Kimya Avtomatika Layihə İnstitutunun aspirantı olub.
1981-ci ildən texnika elmləri namizədidir. Dissertasiyasının mövzusu: “İmpulssistem nəzəriyyəsi əsasında paylanmış parametrli hissə-hissə bircinsli elektrik dövrələrində keçid prosesinin hesablanması”
1 984-1987-ci illərdə Az.Pİ-nun Radiotexnika fakultəsinin təlim-tərbiyə işləri üzrə dekan müavini işləmişdir.
1990-cı ildən dosentdir.
1999-2001-ci illərdə 6 seriyalı “Bilgi” elmi dərgisinin Baş redaktoru olmuşdur.
1988-ci ildə Azərbaycanda yaranan ilk QHT-nin(qeyri hökumət təşkilatının)--“Təhsil” Cəmiyyətinin yaranmasında fəal iştirak edib və 28 oktyabr 1989-cü ildə “Təhsil” Cəmiyyətinin İdarə Heyətinin ilk sədri seçilərək, 1994-cü ilin aprel, 1999-cu ilin may qurultaylarında yenidən sədr seçilmişdir.
42 elmi məqalənin, 5 dərs vəsaitinin, 1 dərsliyin(H.Məmmədovla birgə) müəllifidir. Onların əksəriyyəti elmi jurnallarda çap olunub. Bir çox beynəlxalq, ümumittifaq və yerli elmi konfrans və simpoziumların iştirakçısı olub.
N.ƏIiyev həm də gözəl ailə başçısıdır. Həyat yoldaşı həkimdir. İki oğlu və nəvələri var.

“Bilgi” dərgisinin yaranması və fəaliyyəti haqqında


Yəqin oxucular   texnika elmləri doktoru  Nizami İsmayılovun saytımızda yerləşdirilmiş məqaləsi ilə artıq tanışdırlar və “Təhsil” Cəmiyyətinin fəaliyyəti ilə bağlı müəyyən bilgilərə malikdirlər. Həmin səpgidə yazımızı davam etdiririk.
          Məlumdur ki, SSRİ dağılıdıqdan sonra  onun tərkibindən ayrılmış respublikalar müstəqilliklərini elan etdilər.  SSRİ-nin bütün varidatı Rusiya Federasiyasının əlində qaldı.  Digər respublikalarda olduğu kimi, Azərbaycan Respublikası da ciddi sosial-iqtisadi çətinliklərlə üzləşdi, digər tərəfdən də erməni təcavüzü… Hətta dövlət müəssisələrində işləyənlərin əmək haqqlarının vaxtlı-vaxtında  verilməsi çətin idi.  Həmin dövrdə böhran vəziyyətində olan sahələrdən biri də təhsil sahəsi idi. Maliyyə çətinliyindən nə Elmlər Akademiyasının, onun Elmi-Tədqiqat instutlarının, habelə ali təhsil ocaqlarının  elmi jurnalları vaxtlı-vaxtında nəşr olunmurdu.  Məlumdur ki, elmi-tədqiqat işləri dərc olunmursa, vaxtı-vaxtında elmi-ictimaiyyətə çatdırılmırsa aktuallığını və əhəmiyyətini itirir.
     Bütün bunları nəzərə alaraq “Təhsil” Cəmiyyətində  elmi jurnalların təsis olunması zərurəti yarandı.  1998-ci ildə “Təhsil” Cəmiy­yətinin adından  Azərbaycan Respublikasının Mətbuat və İnformasiya  Nazirliyinə  “Bilgi” dərgisinin (5 seriyalı) azərbaycan, rus və ingilis dilində nəşr olunması və yayılmasına icazə verilməsinə dair müraciət edildi.  Nazirliyin əməkdaşı Xalidə xanımın köməkliyi sayəsində bütün sənədlər hazırlanıb təqdim edildi.  Fürsətdən istifadə edib Xalidə xanıma minnətdarlığımızı bildiririk.
Beləliklə,  Mətbuat və informasiya Nazirliyinin 9 yanvar 1999-cu il tarixli razılıq məktubu( qeydiyyat  nömrəsi B 70, seriya AB № 022270 lisenziyası) ilə dərginin nəşr olunması  və yayılmasına icazə verildi.
Bundan sonra  t.e.d  Nizami İsmayılov, t.e.d Valeh Baxşəliyev, fəlsəfə doktoru  Zəki Vəliyev  f.r.e.d . Rövşən Quliyevin gərgin zəhmətləri və təşkilatçılığı sayəsində 1999-cu ildə “Bilgi” dərgisinin “Texnika”  seriyası  işıq  üzü gördü. Artıq 2000-ci ildə “Bilgi” dərgisinin 5 seriyasının hamısı :“Təhsil, mədəniyyət, incəsənət”  “Texnika”, “Fizika, riyaziyyat,  yer elmləri”, “Kimya, biologiya. Tibb”, “Sosial bilgilər” seriyaları işıq üzü gördü. Elmi ictimaiyyətin iştirakı ilə jurnalların böyük təqdimat mərasimi keçirildi, xeyir-dua verildi.
2000-ci ilin sonunadək bütün jurnalların redaksiya heyəti formalaşdırıldı. Məhz həmin alimlərin əzmkar əməyi sayəsində beş seriyanın hər birinin il ərzində dörd nömrəsi nəşr olundu, geniş, elmi ictimaiyyətə təqdim edildi və yüksək qiymətləndirildi.
 Bunun əsas səbəblərindən biri dərc olunacaq məqalələrin anonim (müəllifi bildirilmədən) redaksiyalarda müzakirəsi və nəşri məsləhət bilinən mətnlərə müvafiq sahə alimlərindən elmi rəy alınması idi.
     2001-ci ildə elmi ictimaiyyətin təkidi ilə “Bilgi” dərgisinin Redaksiya Şurası yaradıldı və hər bir seriyanın redaksiya heyəti yenidən təşkil edildi.  Görkəmli elm xadimi, dünya elm aləmində tanınmış sima AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev dərginin  dərginin baş redaktoru, t.e.d. Nizami İsmayılov elmi katibi seçildi (Ona qədər baş redaktor AR Təhsil Cəmiyyətinin sədri dosent Nuğay Əliyev olmuşdur).  Professor Rafiq Əliyevin səyləri nəticəsində  dərginin Redaksiya Şurasına dünyanın bir çox  ölkələrindən görkəmli alimlər cəlb edildi:  bu dövrdə artıq dərginin seriyalarında müxtəlif ölkələrin alimlərinin, habelə ölkə alim və mütəxəssislərinin elmi əsərləri dərc olunurdu. Dərginin “Texnika” seriyası 2003-cü ildə Almaniyada ən yaxşı texniki jurnalların sərgisində nümayiş etdirilmişdi. Həmin ildən həm də “Bilgi” dərgisi seriyasına yeni “Biznes” jurnalları əlavə edildi.
   Dərginin seriyalarının Beynəlxalq qeydiyyatdan keçməsi üçün Fransaya- Parisdəki  YUNESKO-nun elm şöbəsinə müraciət edilmişdi.  Bu məqsədlə seriyalarda dərc olunan məqalələrin xülasələrinin ora göndərilməsi və jurnalların üç il dövri nəşri təmin edilmişdi. Aparılan işlər və redaksiya  heyətlərinin səyləri nəticəsində və tələblər yerinə yetirildiyinə  görə 2003 –cü ildə “Bilgi” dərginin bütün seriyaları dövrü nəşrlərinin  Beynəlxalq qeydiyyat nömrəsini almışdı. Onlar aşağıdakılardır:
İSSN 1683-7592
Key title:  Bilgi. Fizika, riyaziyyat , yer elmlari
Abbreviated  key title: Bilgi, Fiz, riyaziyyat , yer elml.
ISSN 1683-7606
Key title:  Bilgi. Tahsil, madaniyyat, incasanat
Abbreviated  key title: Bilgi, Tahsil, madaniyyat, incasanat
ISSN 1683-7614
Key title:  Bilgi. Kimya, biologiya, tibb
Abbreviated  key title: Bilgi, Kim. biol. Tibb
ISSN 1683-7622
Key title:  Bilgi. Tehnika
Abbreviated  key title: Bilgi, Tehn.
ISSN 1683-7649
Key title:  Bilgi. Sosial bilgilar
Abbreviated  key title: Bilgi, Sos. bilgilar
Qeyd: Etiraf etmək lazımdır ki, mərhum akademik, Azərbaycanın görkəmli elm xadimi  Azad Mirzəncanzadə  Ali Attestasiya Komisssiyasının  (AAK)  sədri olduğu dövrdə “Bilgi” dərgisinin seriyalarını Beynəlxalq standartlara cavab verdiyini  görə yüksək qiymətləndirilmiş, namizədlik və doktorluq dissertasiyalarının nəticələrinin “Bilgi” dərgisinin seriyalarında dərc olunmasını tövsiyə etmişdi.
Dərginin seriyalarının ildə dörd nömrəsi   vaxtlı-vaxtında dərc olunmuş həm elmi ictimaiyyətə,həm də Milli Elmlər Akademiyasının Mərkəzi Kirtabxanasının köməyi sayəsində Asiya, Avropa və Amerika   qitəsində yerləşən dövlətlərin  10 kitabxanasına göndərilmişdir. Eyni zamanda dünyanın bir çox ölkələrdən görkəmli alimlər dərginin müxtəlif seriyalarında çoxsaylı məqalələr dərc etdirmişdilər.
Jurnallar aktiv  fəaliyyət göstərdiyi dövrdə və  illərdə  respublikanın bütün nüfuzlu alimlərinin elmi məqalələri həmin dərgilərdə dərc olunurdu və onların bir çoxu həm Redaksiya şurasında həm də  “Bilgi” dərgisininin ayrı-ayrı seriyalarının redaksiya heyətlərində iştirak edirdilər.
Bizə məlum olmayan səbəblər üzündən dərginin seriyaları  AAK-ın nüfuzlu jurnallar siyahısından çıxarıldıqdan və cəmiyyətin kirayə qaldığı yer başqa təşkilata verildikdən sonra “Bilgi” dərgisinin nəşri çətinləşdi. Bunlara baxmayaraq dərginin bütün seriyaları 2006-cı ilin axırına qədər öz işini davam etdirmişdir.
Hal-hazırda “Bilgi” dərgisinin fəaliyyətinin davam etdirilməsi barədə  dünyanın müxtəlif yerlərindən müraciətlər edilir və indi də AR “Təhsil” Cəmiyyəti bu işi başqa formada davam etdirməyə calışır. Müxtəlif rəsmi instansiyalara  müraciətlərimiz cavabsız qaldığından   “AqRa” Elmin İnkişafına Dəstək İctimai Birliyi (“AqRa” EİDİB) ilə birgə bu işlərin davam etdirilməsi barədə müvafiq razılıq əldə edilmişdir.  Bu mövzularda  www.aqra.az övraqında (sayt) müxtəlif elmi məqalələr və materiallar dərc edilməsi davam etdirilir.
Həmin övraqda ilk olaraq 1999-2006-cı illərdə “Bilgi” dərgisi  seriyalarında dərc olunan önəmli məqalələrin (onların dərgilərdə dərc edildiyi müxtəlif dillərdə)  xülasələrini (annotasiya) verməyi düşünürük.
 İzləyin!
Yekunda “Bilgi”dərgisinin bütün seryalarının ərsəyə gəlməsində və 8 il ərzində nəşrində əməyi olan bütün alimlərımizə, ziyalılarımıza  və məqalələri, yazıları nəşr olunan 3000-dən çox müəlliflərə (dünyasını dəyişənlər də daxil olmaqla) öz minnətdarlığımı çatdıraraq  bildirirəm ki, hazırda  AR-nın “Təhsil” Cəmiyyəti Bakı şəhəri Xocalı prospekti 24a ünvanında yerləşir və “AqRa” EİDİB ilə birgə Azərbaycanın elminin, təhsilinin, mədəniyyətinin irəli getməsinə, yüksəlməsinə xidmət etməyi özünün müqəddəs vəzifəsi hesab edir.Bu səpgidə müxtəlif  elmi məqalələrinizi, yazılarınızı, araşdırmalarınızı, təkliflərinizi hazırda birgə fəaliyyət göstərən AR “Təhsil” Cəmiyyəti və “AqRa” EİDİB-ə təqdim edə bilərsiniz.  
Əlaqə: 050 662-47-54,  055-206-05-24,   012 490-33-53
E-mail:    tahsil.az@gmail.com
                aqra_tehsil@mail.ru 

Hörmətlə,  Azərbaycan Respublikası,
Təhsil Cəmiyyəti idarə heyətinin sədri Nuğay Əliyev
P.S.1. Həmin övraqda 1999-2006-cı illərdə dərgilərdə gedən bütün məqalələrin sahələr və illər üzrə mündəricatları dərc olunacaqdır.
P.S.2. İmkan düşdükcə, həm də oxucuların arzusu nəzərə alınaraq məqalələrin bir qisminin tam mətninin dərgilərdə dərc olunduğu dildə övraqda yerləşdirilməsi planlaşdırılır.
P.S.3. Bundan başqa aşağıda qeyd olunan pullu xidmətlər də göstərilə bilər:
- Həmin elmi məqalələrin (müəllif hüququ saxlanılmaqla) dünyanın müxtəlif dillərinə tərcümə edilməsi və arzu edənlərə poçt vasitəsilə göndərilməsi məsələsinə baxıla bilər.
- Arzu edənlər 1999-2006-cı illərdə həmin dərgilərdə dərc edilmiş məqalələrin fotosurətlərini həm adi poçt vasitəsilə, həm də elektron poçt vasitəsilə əldə edə bilərlər.