Pages

23 Haziran 2011 Perşembe

Şurada təhsillə bağlı layihələrin icrası müzakirə edildi


Şurada təhsillə bağlı layihələrin icrası müzakirə edildi
23 Iyun 2011
Image
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ilin birinci yarısında ayrı-ayrı istiqamətlər üzrə maliyyələşdirdiyi layihələrin icra vəziyyəti ilə bağlı müzakirələri davam etdirir.

Bu gün təhsil məsələlərinə dair təşəbbüslər istiqamətlərində maliyyələşdirilmiş layihələrin icra vəziyyəti müzakirə edildi. Qhtxeber.az-ın verdiyi məlumata görə, QHT və layihə rəhbərləri, eləcə də media təmsilçilərinin iştirakı ilə keçən tədbiri Şuranın icraçı direktoru Fərasət Qurbanov açaraq bildirdi ki, təhsillə bağlı layihələr daim Şuranın maliyyələşdirdiyi prioritet istiqamətlər arasında olub. F.Qurbanov layihələrin icrasında qazanılmış uğurlu nəticələri qeyd etdi və yol verilmiş nöqsanlara münasibət bildirdi. Nöqsanların aradan qaldırılması üçün layihə və QHT rəhbərləri təlimatlandırıldı.

Layihələrin icrasına nəzarəti həyata keçirmiş Şura əməkdaşı N.Ağakişiyevanın verdiyi məlumatda qeyd edildi ki, 2011-ci ilin birinci yarısında təhsil məsələlərinə dair QHT təşəbbüsləri üzrə maliyyələşdirilmiş 30 layihəyə 189.000 manat vəsait ayrılmışdır. N.Ağakişiyeva bildirdi ki, bu layihələr ölkənin 18 rayon və şəhərini əhatə edib, onların icrasında əməkhaqqı alan 79 nəfər iştirak edib.

Layihələr çərçivəsində 6 QHT təhsilə aid müxtəlif kitab, broşur və buklet çap edərək yayıb, 10 QHT təlimlər və seminarlar təşkil edib, 5 QHT monitorinq və sorğular keçirib, 5 QHT kurslar yaradıb, 2 QHT debat və forum təşkil edib, 1 QHT video-treninq planını reallaşdırıb və sair.
Bütün bu tədbirlərin təhsilin inkişafına müsbət təsirlər göstərdiyi vurğulandı və layihələrin icrası üçün bir sıra xarakterik məqamlar təhlil edilərək qiymətləndirildi.

Müzakirələrdə çıxış edən QHT və layihə rəhbərləri E.Aslanov, E.Rəhimova, F.Məmmədov, N.Əliyev, V.Əhmədov, L.Cavadzadə, S. Mehdizadə, L.Kərimova, M,Züynalova, E.Salmanov, M.Zülfüqarlı, E.Əliyev və başqaları layihələrin icrası ilə bağlı öz fikir və təkliflərini bildirdilər.

İnsan hüquqları və demokratiya istiqaməti üzrə maliyyələşdirilmiş layihələrin icra vəziyyətilə bağlı müzakirələr 24 iyun 2011-ci ildə keçiriləcəkdir.

Keçid >>>

0 yorum:

Yorum Gönder