Pages

Təlim: Təhsil Müəssisələrində Müasir Xidmət Anlayışı

Tarix: 11 Fevral, Ünvan: Fabrika Coworking Center - Nizami küçəsi 92.

Fərhad Mikayılov: “Savadsız insanı istismar etmək daha asandır”

"Təhsil" Cəmiyyətinin eksperti Fərhad Mikayılovun Zaman qəzetinə müsahibəsi.

Bəxtiyar Vahabzadə təqaüdü təsis edilib.

Nazirlər Kabinetinin 7 dekabr 2009-cu il tarixli qərarı ilə xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi haqqında Prezidentin sərəncamını təmin etmək məqsədilə dövlət ali təhsil müəssisələrində filologiya ixtisası üzrə təhsil alan tələbələr üçün "Bəxtiyar Vahabzadə adına" 4 (dörd) təqaüd təsis edilib.

Şura Maliyyə Hesabatlarında dəyişiklik etdi!

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinə ünvanladığı 02 mart 2012-ci il tarixli 10/03-72-1175 nömrəli məktubunda aşağıdakıların QHT-lərin nəzərinə çatdırılmasının vacibliyi vurğulanı

Şurada təhsillə bağlı layihələrin icrası müzakirə edildi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ilin birinci yarısında ayrı-ayrı istiqamətlər üzrə maliyyələşdirdiyi layihələrin icra vəziyyəti ilə bağlı müzakirələri davam etdirir.

25 Ocak 2015 Pazar

Təlim: Təhsil Müəssisələrində Müasir Xidmət Anlayışı



Sizləri Education Management Network Şirkəti, Azərbaycan Təhsil Cəmiyyəti və www.bagcam.az Portalının təşkilatçılığı ilə EXUS Consulting Şirkətinin Direktoru Ənvər Yavəroğlunun təqdimatında "Təhsil Müəssisələrində Müasir Xidmət Anlayışı" Seminarına dəvət edirik.
Seminara Qeydiyyat üçün Əlaqə Saxlayın: 0552607471
Mövzu: Təhsil Müəssisələrində Müasir Xidmət Analyışı Mütəxəssis: Ənvər Yavəroğlu \ EXUS Consulting Şirkətinin Direktoru Tarix: 11 Fevral Saat: 14:00 Müddət: 2 saat Ünvan: Fabrika Coworking Center - Nizami küçəsi 92 (28 May mts. yaxınlığında) Tel: (055) 2607471 Email: info@bagcam.az

24 Temmuz 2014 Perşembe

Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbi

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, Mədəd Azərbaycan təşkilatı və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi tərəfindən təşkil olunacaq Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbində iştirakçı olmaq üçün şans.



Daha ətraflı > 

4 Şubat 2014 Salı

"Təhsil" Cəmiyyətinin sədri - Nuğay Xasay oğlu Əliyev

Nuğay Xasay oğlu Əliyev-Azərbaycan Respublikası “Təhsil” Cəmiyyəti İdarə Heyətinin sədri, Azərbaycan Texniki Universitetinin (AzTU) “Elektrotexnikanın nəzəri əsasları” kafedrasının dosenti.
14 sentyabr 1947-ci ildə Şuşa şəhərində anadan olub.
1965-ci ildə Şuşa şəhərindəki Y.Hacıbəyov adına 1 №-li orta məktəbi bitirib.  1972-ci ildə Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakultəsini bitirib.
 1969-1972-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunda işləyib.
1974-1977-ci illərdə Sumqayıt Elmi-Tədqiqat Neft Kimya Avtomatika Layihə İnstitutunun aspirantı olub.
1981-ci ildən texnika elmləri namizədidir. Dissertasiyasının mövzusu: “İmpulssistem nəzəriyyəsi əsasında paylanmış parametrli hissə-hissə bircinsli elektrik dövrələrində keçid prosesinin hesablanması”
1 984-1987-ci illərdə Az.Pİ-nun Radiotexnika fakultəsinin təlim-tərbiyə işləri üzrə dekan müavini işləmişdir.
1990-cı ildən dosentdir.
1999-2001-ci illərdə 6 seriyalı “Bilgi” elmi dərgisinin Baş redaktoru olmuşdur.
1988-ci ildə Azərbaycanda yaranan ilk QHT-nin(qeyri hökumət təşkilatının)--“Təhsil” Cəmiyyətinin yaranmasında fəal iştirak edib və 28 oktyabr 1989-cü ildə “Təhsil” Cəmiyyətinin İdarə Heyətinin ilk sədri seçilərək, 1994-cü ilin aprel, 1999-cu ilin may qurultaylarında yenidən sədr seçilmişdir.
42 elmi məqalənin, 5 dərs vəsaitinin, 1 dərsliyin(H.Məmmədovla birgə) müəllifidir. Onların əksəriyyəti elmi jurnallarda çap olunub. Bir çox beynəlxalq, ümumittifaq və yerli elmi konfrans və simpoziumların iştirakçısı olub.
N.ƏIiyev həm də gözəl ailə başçısıdır. Həyat yoldaşı həkimdir. İki oğlu və nəvələri var.

“Bilgi” dərgisinin yaranması və fəaliyyəti haqqında


Yəqin oxucular   texnika elmləri doktoru  Nizami İsmayılovun saytımızda yerləşdirilmiş məqaləsi ilə artıq tanışdırlar və “Təhsil” Cəmiyyətinin fəaliyyəti ilə bağlı müəyyən bilgilərə malikdirlər. Həmin səpgidə yazımızı davam etdiririk.
          Məlumdur ki, SSRİ dağılıdıqdan sonra  onun tərkibindən ayrılmış respublikalar müstəqilliklərini elan etdilər.  SSRİ-nin bütün varidatı Rusiya Federasiyasının əlində qaldı.  Digər respublikalarda olduğu kimi, Azərbaycan Respublikası da ciddi sosial-iqtisadi çətinliklərlə üzləşdi, digər tərəfdən də erməni təcavüzü… Hətta dövlət müəssisələrində işləyənlərin əmək haqqlarının vaxtlı-vaxtında  verilməsi çətin idi.  Həmin dövrdə böhran vəziyyətində olan sahələrdən biri də təhsil sahəsi idi. Maliyyə çətinliyindən nə Elmlər Akademiyasının, onun Elmi-Tədqiqat instutlarının, habelə ali təhsil ocaqlarının  elmi jurnalları vaxtlı-vaxtında nəşr olunmurdu.  Məlumdur ki, elmi-tədqiqat işləri dərc olunmursa, vaxtı-vaxtında elmi-ictimaiyyətə çatdırılmırsa aktuallığını və əhəmiyyətini itirir.
     Bütün bunları nəzərə alaraq “Təhsil” Cəmiyyətində  elmi jurnalların təsis olunması zərurəti yarandı.  1998-ci ildə “Təhsil” Cəmiy­yətinin adından  Azərbaycan Respublikasının Mətbuat və İnformasiya  Nazirliyinə  “Bilgi” dərgisinin (5 seriyalı) azərbaycan, rus və ingilis dilində nəşr olunması və yayılmasına icazə verilməsinə dair müraciət edildi.  Nazirliyin əməkdaşı Xalidə xanımın köməkliyi sayəsində bütün sənədlər hazırlanıb təqdim edildi.  Fürsətdən istifadə edib Xalidə xanıma minnətdarlığımızı bildiririk.
Beləliklə,  Mətbuat və informasiya Nazirliyinin 9 yanvar 1999-cu il tarixli razılıq məktubu( qeydiyyat  nömrəsi B 70, seriya AB № 022270 lisenziyası) ilə dərginin nəşr olunması  və yayılmasına icazə verildi.
Bundan sonra  t.e.d  Nizami İsmayılov, t.e.d Valeh Baxşəliyev, fəlsəfə doktoru  Zəki Vəliyev  f.r.e.d . Rövşən Quliyevin gərgin zəhmətləri və təşkilatçılığı sayəsində 1999-cu ildə “Bilgi” dərgisinin “Texnika”  seriyası  işıq  üzü gördü. Artıq 2000-ci ildə “Bilgi” dərgisinin 5 seriyasının hamısı :“Təhsil, mədəniyyət, incəsənət”  “Texnika”, “Fizika, riyaziyyat,  yer elmləri”, “Kimya, biologiya. Tibb”, “Sosial bilgilər” seriyaları işıq üzü gördü. Elmi ictimaiyyətin iştirakı ilə jurnalların böyük təqdimat mərasimi keçirildi, xeyir-dua verildi.
2000-ci ilin sonunadək bütün jurnalların redaksiya heyəti formalaşdırıldı. Məhz həmin alimlərin əzmkar əməyi sayəsində beş seriyanın hər birinin il ərzində dörd nömrəsi nəşr olundu, geniş, elmi ictimaiyyətə təqdim edildi və yüksək qiymətləndirildi.
 Bunun əsas səbəblərindən biri dərc olunacaq məqalələrin anonim (müəllifi bildirilmədən) redaksiyalarda müzakirəsi və nəşri məsləhət bilinən mətnlərə müvafiq sahə alimlərindən elmi rəy alınması idi.
     2001-ci ildə elmi ictimaiyyətin təkidi ilə “Bilgi” dərgisinin Redaksiya Şurası yaradıldı və hər bir seriyanın redaksiya heyəti yenidən təşkil edildi.  Görkəmli elm xadimi, dünya elm aləmində tanınmış sima AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev dərginin  dərginin baş redaktoru, t.e.d. Nizami İsmayılov elmi katibi seçildi (Ona qədər baş redaktor AR Təhsil Cəmiyyətinin sədri dosent Nuğay Əliyev olmuşdur).  Professor Rafiq Əliyevin səyləri nəticəsində  dərginin Redaksiya Şurasına dünyanın bir çox  ölkələrindən görkəmli alimlər cəlb edildi:  bu dövrdə artıq dərginin seriyalarında müxtəlif ölkələrin alimlərinin, habelə ölkə alim və mütəxəssislərinin elmi əsərləri dərc olunurdu. Dərginin “Texnika” seriyası 2003-cü ildə Almaniyada ən yaxşı texniki jurnalların sərgisində nümayiş etdirilmişdi. Həmin ildən həm də “Bilgi” dərgisi seriyasına yeni “Biznes” jurnalları əlavə edildi.
   Dərginin seriyalarının Beynəlxalq qeydiyyatdan keçməsi üçün Fransaya- Parisdəki  YUNESKO-nun elm şöbəsinə müraciət edilmişdi.  Bu məqsədlə seriyalarda dərc olunan məqalələrin xülasələrinin ora göndərilməsi və jurnalların üç il dövri nəşri təmin edilmişdi. Aparılan işlər və redaksiya  heyətlərinin səyləri nəticəsində və tələblər yerinə yetirildiyinə  görə 2003 –cü ildə “Bilgi” dərginin bütün seriyaları dövrü nəşrlərinin  Beynəlxalq qeydiyyat nömrəsini almışdı. Onlar aşağıdakılardır:
İSSN 1683-7592
Key title:  Bilgi. Fizika, riyaziyyat , yer elmlari
Abbreviated  key title: Bilgi, Fiz, riyaziyyat , yer elml.
ISSN 1683-7606
Key title:  Bilgi. Tahsil, madaniyyat, incasanat
Abbreviated  key title: Bilgi, Tahsil, madaniyyat, incasanat
ISSN 1683-7614
Key title:  Bilgi. Kimya, biologiya, tibb
Abbreviated  key title: Bilgi, Kim. biol. Tibb
ISSN 1683-7622
Key title:  Bilgi. Tehnika
Abbreviated  key title: Bilgi, Tehn.
ISSN 1683-7649
Key title:  Bilgi. Sosial bilgilar
Abbreviated  key title: Bilgi, Sos. bilgilar
Qeyd: Etiraf etmək lazımdır ki, mərhum akademik, Azərbaycanın görkəmli elm xadimi  Azad Mirzəncanzadə  Ali Attestasiya Komisssiyasının  (AAK)  sədri olduğu dövrdə “Bilgi” dərgisinin seriyalarını Beynəlxalq standartlara cavab verdiyini  görə yüksək qiymətləndirilmiş, namizədlik və doktorluq dissertasiyalarının nəticələrinin “Bilgi” dərgisinin seriyalarında dərc olunmasını tövsiyə etmişdi.
Dərginin seriyalarının ildə dörd nömrəsi   vaxtlı-vaxtında dərc olunmuş həm elmi ictimaiyyətə,həm də Milli Elmlər Akademiyasının Mərkəzi Kirtabxanasının köməyi sayəsində Asiya, Avropa və Amerika   qitəsində yerləşən dövlətlərin  10 kitabxanasına göndərilmişdir. Eyni zamanda dünyanın bir çox ölkələrdən görkəmli alimlər dərginin müxtəlif seriyalarında çoxsaylı məqalələr dərc etdirmişdilər.
Jurnallar aktiv  fəaliyyət göstərdiyi dövrdə və  illərdə  respublikanın bütün nüfuzlu alimlərinin elmi məqalələri həmin dərgilərdə dərc olunurdu və onların bir çoxu həm Redaksiya şurasında həm də  “Bilgi” dərgisininin ayrı-ayrı seriyalarının redaksiya heyətlərində iştirak edirdilər.
Bizə məlum olmayan səbəblər üzündən dərginin seriyaları  AAK-ın nüfuzlu jurnallar siyahısından çıxarıldıqdan və cəmiyyətin kirayə qaldığı yer başqa təşkilata verildikdən sonra “Bilgi” dərgisinin nəşri çətinləşdi. Bunlara baxmayaraq dərginin bütün seriyaları 2006-cı ilin axırına qədər öz işini davam etdirmişdir.
Hal-hazırda “Bilgi” dərgisinin fəaliyyətinin davam etdirilməsi barədə  dünyanın müxtəlif yerlərindən müraciətlər edilir və indi də AR “Təhsil” Cəmiyyəti bu işi başqa formada davam etdirməyə calışır. Müxtəlif rəsmi instansiyalara  müraciətlərimiz cavabsız qaldığından   “AqRa” Elmin İnkişafına Dəstək İctimai Birliyi (“AqRa” EİDİB) ilə birgə bu işlərin davam etdirilməsi barədə müvafiq razılıq əldə edilmişdir.  Bu mövzularda  www.aqra.az övraqında (sayt) müxtəlif elmi məqalələr və materiallar dərc edilməsi davam etdirilir.
Həmin övraqda ilk olaraq 1999-2006-cı illərdə “Bilgi” dərgisi  seriyalarında dərc olunan önəmli məqalələrin (onların dərgilərdə dərc edildiyi müxtəlif dillərdə)  xülasələrini (annotasiya) verməyi düşünürük.
 İzləyin!
Yekunda “Bilgi”dərgisinin bütün seryalarının ərsəyə gəlməsində və 8 il ərzində nəşrində əməyi olan bütün alimlərımizə, ziyalılarımıza  və məqalələri, yazıları nəşr olunan 3000-dən çox müəlliflərə (dünyasını dəyişənlər də daxil olmaqla) öz minnətdarlığımı çatdıraraq  bildirirəm ki, hazırda  AR-nın “Təhsil” Cəmiyyəti Bakı şəhəri Xocalı prospekti 24a ünvanında yerləşir və “AqRa” EİDİB ilə birgə Azərbaycanın elminin, təhsilinin, mədəniyyətinin irəli getməsinə, yüksəlməsinə xidmət etməyi özünün müqəddəs vəzifəsi hesab edir.Bu səpgidə müxtəlif  elmi məqalələrinizi, yazılarınızı, araşdırmalarınızı, təkliflərinizi hazırda birgə fəaliyyət göstərən AR “Təhsil” Cəmiyyəti və “AqRa” EİDİB-ə təqdim edə bilərsiniz.  
Əlaqə: 050 662-47-54,  055-206-05-24,   012 490-33-53
E-mail:    tahsil.az@gmail.com
                aqra_tehsil@mail.ru 

Hörmətlə,  Azərbaycan Respublikası,
Təhsil Cəmiyyəti idarə heyətinin sədri Nuğay Əliyev
P.S.1. Həmin övraqda 1999-2006-cı illərdə dərgilərdə gedən bütün məqalələrin sahələr və illər üzrə mündəricatları dərc olunacaqdır.
P.S.2. İmkan düşdükcə, həm də oxucuların arzusu nəzərə alınaraq məqalələrin bir qisminin tam mətninin dərgilərdə dərc olunduğu dildə övraqda yerləşdirilməsi planlaşdırılır.
P.S.3. Bundan başqa aşağıda qeyd olunan pullu xidmətlər də göstərilə bilər:
- Həmin elmi məqalələrin (müəllif hüququ saxlanılmaqla) dünyanın müxtəlif dillərinə tərcümə edilməsi və arzu edənlərə poçt vasitəsilə göndərilməsi məsələsinə baxıla bilər.
- Arzu edənlər 1999-2006-cı illərdə həmin dərgilərdə dərc edilmiş məqalələrin fotosurətlərini həm adi poçt vasitəsilə, həm də elektron poçt vasitəsilə əldə edə bilərlər.

12 Mayıs 2013 Pazar

Fikrət Həsən oğlu Rzayev





Fikrət Həsən oğlu Rzayev
 (1936-2013)
Azərbaycan neft sənayesinə və dilçilik elminə ağır itki üz vermişdir. Görkəmli tədqiqatçı-mühəndis, uzun müddət “AZİNMAŞ”da çalışmış Fikrət Həsən oğlu Rzayev 28 fevral 2013-cü il tarixində qəflətən dünyasını dəyişmişdir.
Fikrət müəllim neft və qaz mədənlərinin maşın və avadanlığı üzrə ali təhsilli ən yüksək səviyyəli mütəxəssis olmaqla bərabər, novator dilçi-tədqiqatçı kimi də çox ciddi araşdırmalar aparmışdır. Onun Azərbaycan dilində (eyni zamanda alman və rus dilləriylə müqayisəli şəkildə) fonemlərin - sait və samit səslərin - məna əmələgətirmə xüsusiyyətlərini açması bu sahənin mütəxəssislərində özünəməxsus rəğbət yaratmışdır.
Hələ 1995-96-cı illərdə Fikrət Rzayevin “Adəm dili haqqında”, “Fonemlər nəyə işarədirlər” məqalələri N.Tusi adına ADPU-nun tematik toplularında dərc olunmuşdur və onun elmə gətirdiyi bu yeniliklər klassik dilçilik tədqiqatı sahəsinə novatorcasına yanaşmanın təməli hesab olunur.
1998-ci ildə Fikrət Rzayev o dövrəqədərki araşdırmalarını topladığı 600 səhifəlik əlyazmasının üstündə bir daha və yenidən işləyərək, sadə və geniş oxucu kütləsi üçün anlaşıqlı olsun deyə, iki aya “Sözün sirri-səsin sirri” kitabını çapa vermişdir.
1999-2000-ci illərdə qardaşı Vahid Rzayevlə həmmüəllif kimi “Yaranış haqqında söhbət” adlı üç hissədən ibarət elmi-fəlsəfi toplunu ictimaiyyətin müzakirəsinə çatdırmışdır.
2012-ci il müdriklik çağını yaşayan Fikrət Rzayevin həyatında yazdığı “Söz” və “Söz konstruktorluğu” kitablarının nəşr olunması ilə yaddaşlarda əbədi qalacaq.
Xalqa və Vətənə sonsuz sevgisi olan Fikrət Rzayev yorulmadan Azərbaycan dilçiliyinin zənginliyini, ilkdən ilkinliyini çatdırmaq üçün çalışırdı. Onun üstündə işlədiyi son araşdırmalar da xüsusi təmkin, fenomenal bacarıq və sonsuz çalışqanlıq tələb edirdi. Belə ki, Sözün həqiqi mənasında son nəfəsinə qədər kompüter arxasında bu amala xidmət edən araşdırmalar üzərində işləyən Fikrət Rzayevin növbəti tədqiqatı milli kimliyimizi, dəyərlərimizi nişan verən və bu yaxınlarda işıq üzü görəcək “Adlarımızı qoruyaq” əsəriydi...
Allahdan bu gözəl insana, yaradıcı alimə rəhmət diləyirik. Heyif Ondan...
“AqRa” Elmin İnkişafına
Dəstək İctimai Birliyi
E-mail: aqra_tehsil@mail.ru

26 Aralık 2012 Çarşamba

Fikrət Rzayevin Söz Konstruktorluğu əsəri

Fikrət Rzayev
Söz Konstruktorluğu

Kitabın Elektron versiyasını YÜKLƏ.


30 Ağustos 2012 Perşembe

Azərbaycan əlifbası dəyişdirilir?


Hazırkı latın qrafikalı Azərbaycan əlifbasında dəyişiklik edilməsinə ehtiyac var. Bunu cümə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli deyib.

Bu fikrini elmi cəhətdən əsaslandıran Veysəllinin sözlərinə görə, bu gün Azərbaycan əlifbasında külli miqdarda olmasa da, bir neçə artıq işarə var.

O hesab edir ki, əlifbamızdakı "q", "ğ", "ə", "ç" hərfləri daha münasib formada yazıla bilər. İnternetlə yazışan zaman da bu hərflərdən istifadə etdikdə çətinliklər yaranır.

Onların nə ilə əvəzlənməsinə gəldikdə, Veysəlli deyib ki, bunu hələ fikirləşmək lazımdır. Bunun üçün qrafemlərin birləşməsindən də istifadə etmək olar.

Veysəlli Azərbaycan dilində "ə"nin hazırkı yazılış formasını elmi cəhətdən düzgün saymır.

O bildirib ki, Azərbaycan dilində "ə" istisna olmaqla, bütün incə saitlər qalın saitlərin üzərinə (ö, i, ü) nöqtə qoymaqla yaradılıb. Bu simmetriyanı gözləmək baxımından "ə"-ni də "a" hərfinin üzərinə iki nöqtə qoymaqla yazmaq olar. "ə" hərfinin belə yazılması elmi cəhətdən daha düzgün olar.

Veysəlli hesab edir ki, almanlar "ç" səsini latın "tsch", ingilislər "ch" qrafem birləşməsi kimi verirlər. Bunun üçün onlar yalnız latın əlifbasından istifadə ediblər. Bunu ən gözəl optimal variant sayan alimin fikrincə, Azərbaycanda da "ç" qrafemlərin birləşməsi kimi yazıla bilər.

"Biz "ç" yazanda aşağısında "quyruq" qoyuruq. Buna nə ehtiyac var idi ki? Dünyanın heç bir əlifbasında "ç" dördüncü hərf deyil. Çünki ona ehtiyac yoxdur", - direktor əvəzi qeyd edib.

O əlavə edib ki, bütün Avropa, o cümlədən almanlar vahid latın əlifbasından istifadə edirlər. Amma hər bir xalq müəyyən mənada oraya öz yeniliyini əlavə edir.

"Əgər biz latın qrafikalı əlifbadan istifadə ediriksə, sandıqda nə varsa, ondan istifadə edilməlidir. Yenidən latın qrafikalı əlifbaya işarə əlavə etməyə ehtiyac yoxdur. Çünki onda "calaq əlifba" olacaq", - alim qeyd edib.

Dilçi onu da bildirib ki, türkdilli xalqlar üçün vahid türk əlifbasının yaradılması mümkün məsələdir. Bu halda hərflərin heç birinə yenilik etmək lazım deyil. Sadəcə olaraq, bu halda da latın əlifbasındakı hərflərdən istifadə etməklə ya müəyyən birləşmələrdən, ya da diakritik işarələrdən istifadə etmək olar.

Veysəllinin fikrincə, vahid türk əlifbasının yaradılması mümkün olsa da, ortaq türk dilinin yaradılması elmi cəhətdən böyük problemdir.

"Sizcə, Anadolu, Osmanlı türkləri öz dillərindən imtina edib Azərbaycan dilinə keçərlər? Və ya biz öz dilimizdən imtina edərək başqa dilə keçərik? Bu, çətin, uzun sürən bir prosesdir. Bunun üçün vahid iqtisadiyyat, bazar və siyasi birlik olmalıdır", - alim əlavə edib.

1 Ağustos 2012 Çarşamba

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başladı


Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başladı


Bu gündən etibarən orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) ərizə qəbulu başlayıb.

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib. 

Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər bu gündən avqustun 24-dək internet vasitəsi ilə elektron ərizələrini doldura bilərlər. Abituriyentlər tələb olunan sənədləri təhsil aldıqları tədris müəssisəsinin yerləşdiyi rayonda fəaliyyət göstərən sənəd qəbulu komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq edirlər. SQK-lar hər gün (şənbə və bazar günü istisna olmaqla) saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Abituriyentlər tələb olunan sənədləri təyin olunan SQK-lara təqdim etməklə ərizələrini təsdiq etdirməklə yanaşı, hər bir abituriyent eyni zamanda müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilər. Cari tədris ilində ümumi orta təhsil bazasında (9 illik) 47 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılacaq. Ayrılmış plan yerlərinin sayı 10404-dır. Onlardan 4866 dövlət sifarişi üzrə, 5538 yer isə ödənişli əsaslarladır.

31 Temmuz 2012 Salı

IV ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri məlumdur


IV ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri məlumdur

2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə  IV ixtisas qrupu üzrə iyulun 27-də keçirilmiş qəbul imtahanının nəticələri iyulun 30-da TQDK-nın internet saytında  yerləşdiriləcəkdir.  
 Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə biləcəkdir. 
Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727  nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.  
IV ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 15408 abituriyentlərdən 1010 nəfəri imtahanda iştirak etməmişdir.  
İmtahanda iştirak edən abituriyentlərdən 31 nəfəri qaydalara zidd hərəkətlərə yol verdiklərinə görə mtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir. 
 Test imtahanının nəticəsinə əsasən 2973 abituriyent (xüsusi qabiliyyət tələb edən və aqrar ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb. 2  nəfər maksimal nəticə-700 bal toplayıb.  
İxtisas seçimi avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub.  

IV  ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər: 

Ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər ixtisas seçimində iştirak edə bilərlər. 
Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. 
Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.  
QEYD: Aqrar ixtisaslar üzrə ixtisas seçiminə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılacaqlar.  
Mənbə: tqdk.gov.az

29 Haziran 2012 Cuma

Yaradıcı Sahibə sahib olmaq olmaz!


Yaradıcı Sahibə sahib olmaq olmaz!


Son illərdə Azərbaycanda neft hasilatının tükənəcəyi səslənir. Bu fikir kökündən yanlışdır. Karbohidrogen ehtiyatlarının, faydalı qazıntılarının, flora və faunanın tükənməsi üçün ilk növbədə yer planetində dərin qatlarda su ehtiyatlarının tamamilə tükənməsi lazımdır ki, bu da mümkün deyil. Çünki Yer kürəsi bizim Günəş sistemində nüvəsinə görə aktiv bir planetdir.

I – Su: təbiətin və insanın həyatında...

Yer kürəsi mərkəzində olan nüvə yaranışa bir kömək və işıq potensialıdır. O potensial olmadan planetdə su və oksigen varlığı mümkün deyil.

Yaranış anından varlıqlara nisbi nəm qədəri ayrılıb. Dərin qatlarda nəm laydan-laya, qatdan qata, süxurdan süxura keçməklə o layın tamlığa gəlməsinə köməkçi komponentdir. Nüvə planetin mərkəzində aktiv olduğundan, dərin qatlarda gedən proseslər yer səthinə  yönəlməmədir (heç bir varlıq fəsil-fəsil bizim planetə kənardan su daşıyıb tökmür). Kürə daxilində nəmlik prosesi o qədər bərabər dəqiqlikdədir ki, nisbi nəmlik laydan-laya, qatdan-qata, süxurdan-süxura dayanmadan hərəkət edərək faydalı qazıntıları hasilə gətirib son nəticədə suyu yer səthinə qaldırır. Bu proses bir zəncir birləşməsinə və ötürücüsünə bənzəyir. O nəmlərin nəticəsində kürə kürə dərinliklərində fasiləsiz proses davam edir. Gedən proseslər nəticəsində bəşəriyyətə vacib bir birləşməni – xam nefti (eləcə də, digər faydalı qazıntıları) hasilə gətirir. Təbii qaz isə bir kondensat kimi onu hifz edir.

Kürə qatlarında nisbi nəmlik getməsəydi, qızıl, gümüş, platin, almaz, dəmir, mis və s. əldə olunması mümkünsüz olardı. D.Mendeleyevin tərtib etdiyi cədvəldə kimyəvi elementlər yer tutur. Lakin kürə qatlarında kimyəvi elementlər birləşməsi daha çoxdur.

Göl, çay suları bitki aləmini hasilə gətirir  və dayanmadan ayrılma baş verir. O ayrılmadan buludlar yaranır, o buludlardan yağışlar, qarlar, dolular əmələ gəlir. O çevrilmə prosesi hava və hava qatını yaradır.

II- ...axır, sıxılır, buxarlanır, donur!

Bəşərə, canlı varlıqlara bax, canlı varlıq hərəkətdədir. Onun hərəkətverici mexanizmi oynaqlarındadır. Sümük arasında olan isə mayedir (tibbdə ona “sinovyal” deyilir). O maye əsasdır. Göz qapaqları və göz hər an hərəkətdədir. 40 dərəcə istidə o maye buxarlanıb yox olmur, 40 dərəcə şaxtada donub gözdə buz olmur. Vücud üzvlərindən ayrılmalar olmasa, oynaqlar hərəkətsiz olar.

H.Cavid əfəndi deyib ki, “Və minəl mai küllü-şeyun hey” – “su ilə canlanır əvət hər şey”.

Su şəffaf, ağ, dadsız maye qədəridir. Eyni zamanda suyun sıxılma, buxarlanma, donma və axıcılıq xassəsi də var. Su həm Kainatımızın, həm təbiətimizin, həm də elə özümüzün həyat hormonudur – axıcılığı və yaradıcı dinamikasıyla əbədi yaşam xüsusiyyəti var. Cəm yaranmışların ona ehtiyacı var. İlahi Qədəri Tanrıdandır. Yaradandan kainatlara və varlıqlara nisbi nəmlik qədəri ayrılmasa idi, cəm varlıqlar quruluqdan alovlanardı.

III – Bəşəriyyət bəhrələnər, yarada bilməz!

Azərbaycanda Duzdağ, Gümüşlüdə gümüş, Parağaçayda molibden, Naftalanda müalicəvi  neft, Abşeronda palçıq vulkanları, Daşkəsəndə mis, Kəlbəcərdə qızıl yataqları, Almaniyada Rur kömür hövzəsi, Ukraynada daş kömür, Rusiyada almaz, qızıl, Braziliyada qəhvə, Ərəbistanda səhra, dənizdə balıqlar, təbiətdə quşlar Yer üzündə bəşəriyyət üçün tükənməzdir. Onlardan bəşəriyyət bəhrələnər, amma onları bəşər hasilə gətirə bilməz.

Yaranmışın Yaradıcı Sahibi var. O Sahibə isə sahib olmaq olmaz. Kainatlara, yer qatına hökm etmək olmaz.

IV- İnsanın Kainatdan istəyi...

Bu yer məkanı necə olaydı?

Bu yer planeti elə bir yer olaydı ki, mehribançılıqlar başda, rəhm qəlbdə, xeyirxahlıqlar addımlarda, sülh gözlərdə, sədaqət biri-birinə uzanmış əllərdə olaydı.

Onda nələr olardı?

Dillər bal olardı, nəfəslər rahat, işıqlar çox, ruzilər rəvan olardı. Dərmanlar əvəzinə şirin sular olardı. Onda bəşəriyyət bu cənnətdən “o cənnətə” köçmədə olardı. Əzablar insan varlığından yox olardı. Xoşbəxt yaranış, xoşbəxt bəşər onda olardı.


Vahid RZAYEV

Yer üzü və insan faktoru !


Yer üzü və insan faktoru
Min illərlə planetimiz dağıntılara, faciələrə, bir-birini əvəzləyən sağalmaz xəstəliklərə düçar olub. Bu hallar hələ də davam etməkdədir!
I.  Etinasızlıqlarımız
Bu hallar arasında səbəbləri araşdırmaq istədim. Tarixlər, elmlər, müharibələr, inanclar da bəşəriyyəti birliyə gətirə bilmədi.
Səbəblər nə idi?
İnsanların bir-birinə qarşı etinasızlıqları, təşəkkürsüzlüyü, yer üzünə hakimi-mütləqlik iddiaları! Ətrafa, varlıqlara etinasızlıqlarının nəticələri idi. İnsanlar arasına düşünülmüş yalan, iftira yaymaq ancaq və ancaq mədə, pul, qanlı zorakılıqlar, elmsizlik, insanı insan qarşısında bir aciz qul qədərinə yendirmək məqsədi daşıyıb. Onların əksinə isə, sağalmaz xəstəliklər, daşqınlar, uğursuzluqlar  kainatdan bəşəriyyətə bir cəza kimi göndərildi.
Bunlar heç də ekologiya, təbiət hadisələri deyildi.
Bunlar bəşəriyyətə xəbərdarlıq idi.
II. Borclu insan
Əsrlərlə bəşəriyyəti o qədər ictimai davranış, düşüncə, zorakılıqlarla məcburi borclu ediblər ki, insan insanın, kainatın qarşısında təfəkkürü və borcunun nədən ibarət olduğunu tamamilə unudub. Elə bir mərhələyə can atırıq ki, olan həqiqətləri də unudaq. Hər bir halın “sonsuz qədərində dəyərsiz və mənasızdır” anlayışlarına sürüklənirik. İnsan fərqlərdə yox, FƏRDLƏRDƏDİR. O, daha da yüksəkliklərdədir. Amma ölçü və məsafə meyarına sığmayan insan “mən niyə yaranmışam” sualı ilə üsyana qalxıb.
III. Cahillik və kamillik
Cahillik kamillik qarşısında aciz olmalıykən, kamillik cahillik qarşısında aciz olubdur,  sanki aradan uzaqlaşıb yox olubdur.
Bəşər bəşəri dərk etmək istəmir – bu, qəribədir!
Bəşəriyyət arasından mehribançılıqlar uzaq olubdur – bu, qəribədir!
Bəşər özünü, bəşəriliyinin nədən ibarət olduğunu dərk edə bilmir – bu, qəribədir!
Yer üzündə olan dağıntılar gözü önündədir, görmək istəmir – bu qəribədir!
Bəşər  bir-biri arasında sülhü görmək istəyir, sülhü görmək istəməyənlər də var – bu, qəribədir!
Qitələr dağıntılar arasındadır, sanki yer üzü sürünmədədir, bəşər bu halları dərk edə bilmir – bu, qəribədir!
Bu dağıntılar – aramsız yağışlar, dözülməz istilər, səfalət, xəstəliklər bəşərə bir əlamətdir, dərk edə bilmir – bu, qəribədir!
Çünki insanla insan arasında, ətrafındakılara  etinasızlıqların, təşəkkürsüzlüyün nəticəsidir – bu  isə qəribə deyil!
Fəsillər də daha insanlarla üz-üzə durmadadır! İndiki  mərhələdə (2007-2010-cu illər) bütün tədavül vasitəsi olan pul sayı yerindədir, lakin insanın fəda olmaq istədiyi pul da ondan üz döndərir, o da bir birliyə yığışmır!
Bunlar ittiham deyil, nəticədir!
Nə qədər  qərarlar, müzakirələr, etsələr də, orada bəşəriyyət adına, “rifah və insan varlığı” anlayışı  yoxdur, qitələr  faciələrə bürəlidir. Bu  gediş və davranışlarla yer üzü bir cəhənnəmə dönür, bəşəriyyət sanki “qara varlığı” çağırmaqdadır.
IV. Xilas varmı?
Yer üzü xilas ola bilərmi?
Olar!
Təşəkkürlüdürmü insan:
- əynindəki paltarına;
- yeridiyi küçəsinə;
- oturduğu stuluna;
- ayağındakı ayaqqabısına;
- bugünkü qidasına;
- öz dostuna;
- öz yaxınına;
- öz ərazisinə;
- yer üzünə...
...Kainat, mələklər yaranmışlara rəhmlidirlər! Kainatdan məhdudiyyətlər məhrumiyyətlər deyil, məhrumiyyətlər isə məhdudiyyətlər deyil, ey bəşəriyyət!

Vahid Rzayev