Pages

Təlim: Təhsil Müəssisələrində Müasir Xidmət Anlayışı

Tarix: 11 Fevral, Ünvan: Fabrika Coworking Center - Nizami küçəsi 92.

14 Mart 2012 Çarşamba

Şura Maliyyə Hesabatlarında dəyişiklik etdi!

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinə ünvanladığı 02 mart 2012-ci il tarixli 10/03-72-1175 nömrəli məktubunda aşağıdakıların QHT-lərin nəzərinə çatdırılmasının vacibliyi vurğulanır: “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə uyğun olaraq qeyri-hökumət təşkilatları maliyyə hesabatlarını Qeyri-Hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına uyğun tərtib etməlidir. Həmin Qanunun və “Azərbaycan...

4 Mart 2012 Pazar

Bəxtiyar Vahabzadə təqaüdü

Modern.az saytının məlumatına görə, Azərbaycanın bəzi ali məktəblərində təhsil alan bir qrup tələbəyə "Bəxtiyar Vahabzadə adına" təqaüd verilir. Qeyd edək ki, Nazirlər Kabinetinin 7 dekabr 2009-cu il tarixli qərarı ilə  xalq şairi Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi haqqında Prezidentin sərəncamını təmin etmək məqsədilə dövlət ali təhsil müəssisələrində filologiya ixtisası üzrə təhsil alan tələbələr üçün "Bəxtiyar Vahabzadə adına" 4 (dörd) təqaüd təsis edilib. Həmin qərarın icrasını...

“Təhsil kreditləri haqqında” qanun layihəsinin təqdimatı keçirilib

Bakı. Rəşad Süleymanov – APA. Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda əvvəlcə “Təhsil kreditləri haqqında” qanun layihəsinin təqdimatı keçirilib. Komitə sədri Ziyad Səmədzadə deyib ki, bu qanun layihəsinin meydana çıxması dövrün tələbidir. O bildirib ki, dünyanın əksər ölkələrində təhsil kreditlərinin verilməsi təcrübəsi mövcuddur: “Azərbaycanda bu mexanizm necə olmalıdır? Bunun bank sektoruna, təhsil sektoruna necə təsir göstərəcəyini öyrənmək lazımdır. Ona görə də qanun layihəsi rəyləri...