Pages

5 Ocak 2011 Çarşamba

“Təbii resurslarla zəngin olan ölkələrdə insan kapitalının inkişafı problemləri: dünya təcrübəsi və Azərbaycan” layihəsi çərçivəsində “dəyirmi masa” keçirilmişdir


“Təbii resurslarla zəngin olan ölkələrdə insan kapitalının inkişafı problemləri: dünya təcrübəsi və Azərbaycan” layihəsi çərçivəsində “dəyirmi masa” keçirilmişdir
Bakı, 2 iyun (AzərTAc). İyunun 2-də “Təbii resurslarla zəngin olan ölkələrdə insan kapitalının inkişafı problemləri: dünya təcrübəsi və Azərbaycan” layihəsi çərçivəsində “dəyirmi masa” keçirilmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırılan layihənin məqsədi insan kapitalının inkişafı problemləri sahəsində dünya təcrübəsini araşdırmaq, Azərbaycanda insan kapitalının inkişafı sahəsində mövcud olan çatışmazlıqları müəyyənləşdirməkdən ibarətdir.


Tədbirdə layihənin rəhbəri, Azərbaycan “Təhsil” Cəmiyyətinin sədri Nuqay Əliyev çıxış edərək bildirmişdir ki, layihənin fəaliyyəti müddətində insan kapitalının inkişafına dair nəzəri, metodoloji yanaşmaların tədqiq olunması və bu sahədə təbii resurslarla zəngin olan ölkələrin təcrübələri araşdırılacaqdır. O vurğulamışdır ki, Azərbaycanda da insan kapitalının hazırkı vəziyyəti təhlil olunacaq və qiymətləndiriləcəkdir. Natiq layihə başa çatdıqdan sonra gender amilləri, insan kapitalına təsir edən göstəricilər üzrə də tədqiqat aparılacağını diqqətə çatdırmışdır.

Layihə Azərbaycan “Təhsil” Cəmiyyəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında imzalamış qrant müqaviləsi çərçivəsində həyata keçirilir.

0 yorum:

Yorum Gönder